Bank Of Baku

Ümid Partiyası parlament seçkilərində iştirak edəcək 31 namizədini müəyyənləşdirib

Ümid Partiyası parlament seçkilərində iştirak edəcək 31 namizədini müəyyənləşdirib
# 29 mart 2010 14:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Ümid Partiyası bu il Azərbaycanda keçiriləcək parlament seçkilərində iştirak edəcək 31 namizədini müəyyən edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, qurumun Rəyasət Heyətinin bu gün keçirilən iclasında ölkədəki ictimai-siyasi vəziyyət və parlament seçkiləri müzakirə edilib.

Toplantıda partiya daxilində namizədliklərini irəli sürmüş 70-dən çox şəxsin tərcümeyi-halı, partiya daxilində xidmətləri və namizəd olmaq istədikləri dairə ərazisindəki mövqeləri araşdırılıb və onların 31-nin namizədliyi barədə qərar qəbul edilib. Növbəti mərhələdə yenə də namizədliklərini irəli sürmüş şəxslərin iştirak edib-etməmələri ilə bağlı müzakirələrin aparılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR