Bank Of Baku

AXCP kütləvi aksiyalar keçirmək barədə qərar qəbul edib

AXCP kütləvi aksiyalar keçirmək barədə qərar qəbul edib
# 29 mart 2010 14:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri çərçivəsində həllinə etiraz olaraq kütləvi aksiyalar keçirmək barədə qərar qəbul edib. Partiya sədrinin müavini Nurəddin Məmmədlinin APA-ya verdiyi məlumata görə, AXCP Rəyasət Heyətinin bu gün keçirilən iclasında Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar prosesi müzakirə edilib. Partiya rəhbərliyi problemin Madrid prinsipləri çərçivəsində həllinin Dağlıq Qarabağın itirilməsi ilə nəticələnəcəyini bildirib. N. Məmmədlinin sözlərinə görə, aksiyalara hazırlıq üçün yerli təşkilatlara tapşırıq verilib.

Toplantıda müxalifətin parlament seçkilərində iştirakı məsələsi də müzakirə edilib. N. Məmmədlinin sözlərinə görə, müxalifətin yeni koalisiyasının yaranması və real müxalifətin seçkilərdə vahid qüvvə kimi iştirak etməsi üçün müzakirələrin davam etdirilməsi qərara alınıb.

AXCP-nin növbəti qurultayının keçirilməsi Rəyasət Heyətində müzakirə edilib və 2 ay müddətinə yerli təşkilatların konfranslara hazırlığı yekunlaşdırması barədə tapşırıq verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR