Bank Of Baku

Müsavat və Demokratiya Uğrunda İttifaq arasında məsləhətləşmələr davam etdiriləcək

Müsavat və Demokratiya Uğrunda İttifaq arasında məsləhətləşmələr davam etdiriləcək
# 29 mart 2010 14:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası ilə Demokratiya Uğrunda İttifaq (DUİ) arasında parlament seçkiləri ilə bağlı məsləhətləşmələr davam etdiriləcək. Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlunun APA-ya verdiyi məlumata görə, bu həftənin sonunda toplantı keçirilməsi nəzərdə tutulub. O deyib ki, toplantıda parlament seçkilərində müxalifətin iştirakı ilə bağlı müzakirələr aparılacaq: “Hazırda bu formatda müzakirə olunan əsas məsələ seçkilərdə “real müxalifət, güclü namizəd” prinsipidir. Amma hələlik seçki blokunun yaranıb-yaranmayacağı barədə bir söz demək olmaz. Bunu zaman göstərəcək”.

Digər siyasi partiyaların bu müzakirələrə qatılıb-qatılmayacağına gəldikdə isə M. Mirəlioğlu bildirib ki, hələlik başqa partiyalar özünü bu prosesdən kənarda saxlayır: “Amma hesab edirik ki, müxalifətin seçkilərdə vahid iştirakını təmin etmək lazımdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR