Bank Of Baku

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib

Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib
# 29 mart 2010 16:19 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu gün Müsavat Partiyası Divanının növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda mitinq keçirilməsi üçün yerlərin müəyyənləşdirilməsi haqda Müsavat Partiyası adından Bakı Şəhər İcra Hakimiyyətinə göndərilmiş məktub müzakirə edilib və Divan bu müraciətə hələ də cavab verilməməsindən narahat olduğunu bildirib. Gündəliyin ictimai-siyasi vəziyyətə dair bölümündə əsas müzakirələr kütləvi tədbirlər barəsində aparılıb və müvafiq qərarlar qəbul edilib. Bundan başqa 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı martın 31-də, saat 11:00-da Şəhidlər Xiyabanının ziyarət edilməsi qərara alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR