Bank Of Baku

Hacıqabul və Salyanda soyqırım gününə həsr olunmuş tədbirlər keçirilib - FOTO

Hacıqabul və Salyanda soyqırım gününə həsr olunmuş tədbirlər keçirilib - <font color=red>FOTO</font>
# 31 mart 2010 08:38 (UTC +04:00)
Hacıqabul. Salyan. Əlibәy Zeynallı - APA. Hacıqabul və Salyan rayonlarında 31 mart – Azərbaycanlıların Soyqırım Günü münasibətilə tədbirlər keçirilib. Hacıqabul rayon Tarix Memarlıq Qoruğunun direktoru Mübariz Xəlilov APA-nın Mil-Muğan bürosuna o vaxtın dəhşətli faktlarını açıqlayıb.

M. Xəlilov bildirib ki, 1918-ci ildə indiki Hacıqabul rayonu ərazisində, əvvəllər isə Bakı quberniyasının Şamaxı qəzasının Abdulyan nahiyəsinin 69 kəndi ərazisində ermənilər yüzlərlə insanı qətlə yetirməklə soyqırım törədiblər. Nəvahi kəndində 955 yerli sakin öldürülüb. Onlardan 555-i kişi, 260-ı qadın, 140-ı uşaq olub. Qubalı-Baloğlan kəndində 250 kişi, 150 qadın və 135 uşaq qətlə yetirilib. Padar kəndində 80, Abdulyan kəndində 80, Meyniman kəndində 43, Rəncbər kəndində 137, Paşalıda 50 və Şorbaçıda 40 nəfər öldürülüb. Ermənilərin törətdiyi vəhşiliklərə daşnak ordusunun rəhbərlərindən biri olan Stepan Lalayan rəhbərlik edib. Ermənilər 10 min iri buynuzlu, 15 min xırda buynuzlu heyvanı, taxıl və ərzaq anbarlarını talayaraq aparıblar.

İstintaq materiallarında dəhşətli faktlar əksini tapıb. Belə ki, ermənilər kəndlərdə camaata müxtəlif işgəncələr verirmiş. Kənd sakinlərinin kürəklərinə isti samovarlar bağlayaraq onları qaçmağa məcbur edirlərmiş. Məşhur seyid ailəsinin üzvləri olan gəlin və baldız 3 azyaşlı uşaqla birlikdə namuslarını qorumaq naminə özlərini kəndin nohuruna ataraq intihar ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR