Bank Of Baku

Soyqırım günü ilə əlaqədar dəyirmi masa keçirilib

Soyqırım günü ilə əlaqədar dəyirmi masa keçirilib
# 31 mart 2010 11:55 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və Azərbaycanda Miqrant və Məcburi Köçkünlərin Müdafiəsi İctimai Birliyi “Erməni vandalizmi - Azərbaycanda mart soyqırımı” mövzusunda dəyirmi masa keçirib. APA-nın məlumatına görə, Miqrant və Məcburi Köçkünlərin Müdafiəsi İctimai Birliyinin sədri, professor Nadir Abdullayev ermənilərin tarix boyu azərbaycanlıları soyqırıma məruz qoymasından danışıb. Tarix elmləri doktoru, professor Əli Məmmədov tarixdə Ermənistan adlı dövlətin və ərazinin olmadığını bildirib. Digər natiqlər də ermənilərin törətdiyi 31 mart soyqırımı və digər vəhşiliklərdən bəhs ediblər. Çıxışçılar bildiriblər ki, bu məsələ dövlətin dəstəyi ilə beynəlxalq arenaya çıxarılmalıdır.

Dəyirmi masanın təşkilatçıları tərəfindən 31 mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar BMT-yə, Avropa Şurasının Parlament Assambleyasına, ATƏT-ə, dünya ölkələrinin parlamentlərinə və hökumətlərinə müraciət qəbul olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR