Bank Of Baku

Müsavat Partiyası etiraz aksiyası təyin edib

Müsavat Partiyası etiraz aksiyası təyin edib
# 31 mart 2010 13:46 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyası sərbəst toplaşmaq azadlığının bərpa olunması tələbi ilə aksiya keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya verdiyi məlumata görə, aksiya aprelin 6-na, BŞİH-nin binası qarşısına təyin edilib.

A. Hacılı bildirib ki, aksiyaların keçirilməsi üçün yer ayrılması barədə partiya BŞİH-nə müraciət etsə də, bu müraciətə cavab verilməyib. O, şəhər rəhbərliyinin Konstitusiyanın tələbini və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunun tələblərinə zidd addım atdığını bildirib, buna görə də aksiyanın BŞİH-nin binası qarşısına təyin edildiyini vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR