Bank Of Baku

AXCP kütləvi aksiyaları “Azadlıq” bloku çərçivəsində keçirəcək

AXCP kütləvi aksiyaları “Azadlıq” bloku çərçivəsində keçirəcək
# 31 mart 2010 14:06 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) nəzərdə tutduğu kütləvi aksiyaları “Azadlıq” bloku çərçivəsində keçirmək niyyətindədir. Partiya sədrinin müavini Nurəddin Məmmədli APA-ya bildirib ki, AXCP kütləvi aksiyalarla bağlı qərar qəbul etdikdən sonra məsələ “Azadlıq” blokunda müzakirə edilib: “Blokdakı partiyalar da bu ideyanı dəstəklədilər və biz aksiyaları “Azadlıq” blokunun mitinqləri kimi keçirmək fikrindəyik. Kütləvi aksiyaları keçirmək məsuliyyət tələb edir və bu məsuliyyət də yerli təşkilatların üzərinə düşür. Ona görə də aksiyanın vaxtının müəyyənləşməsini yerli təşkilatların öhdəsinə buraxmaq niyyətindəyik”. N. Məmmədli bildirib ki, hazırda yerli təşkilatlar aksiya ilə bağlı müzakirələr aparılır və bunun yekunu olaraq aprelin 10-da genişləndirilmiş müşavirə keçiriləcək. Aksiyanın vaxtı da bu müşavirədə müəyyənləşəcək. Qeyd edək ki, AXCP Dağlıq Qarabağ münaqişəsinin Madrid prinsipləri çərçivəsində həllinə etiraz olaraq kütləvi aksiyalar keçirmək barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR