Bank Of Baku

Mütəllim Rəhimli: “Ədalət, Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının seçki bloku yaratması üçün heç bir problem yoxdur”

Mütəllim Rəhimli: “Ədalət, Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının seçki bloku yaratması üçün heç bir problem yoxdur”
# 01 aprel 2010 11:33 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Parlament seçkilərində Ədalət, Böyük Quruluş və Bütöv Azərbaycan Xalq Cəbhəsi partiyalarının seçki bloku yaratması üçün heç bir problem yoxdur və bu, kifayət qədər realdır”. Bunu APA-ya açıqlamasında Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli deyib. Onun sözlərinə görə, təmsil etdiyi partiya belə bir seçki blokunun yaradılması təşəbbüsü ilə çıxış edib və yaxın vaxtlarda bununla bağlı danışıqlar başlaya bilər: “Sadəcə, hazırda seçki ab-havası hiss olunmadığı üçün danışıqlar aparmağı və blok yaratmağı tez hesab edirik”.

M. Rəhimli bildirib ki, Ədalət Partiyasının seçki bloku yaratmaq təklifi BAXCP və BQP tərəfindən normal qarşılanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR