Bank Of Baku

Həsrət Rüstəmov: “AXCP şərt qoysa ki, seçki blokunda Ümid Partiyası olmasın, onda ADP də həmin birlikdə iştirak etməyəcək”

Həsrət Rüstəmov: “AXCP şərt qoysa ki, seçki blokunda Ümid Partiyası olmasın, onda ADP də həmin birlikdə iştirak etməyəcək”
# 01 aprel 2010 12:38 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Bizim fikrimiz ondan ibarət idi ki, parlament seçkilərində müxalifətin böyük koalisiyası yaradılsın, müxalifət bütün elektoratını bu prosesə cəlb edə bilsin. Təəssüf ki, alınmadı”. Bu sözləri APA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədr müavini Həsrət Rüstəmov deyib. Sədr müavini bildirib ki, ideya baş tutmadığı üçün onlar müxalifətin seçkidə iki koalisiya ilə iştirak etməsi təklifini irəli sürüblər, amma bu zaman da AXCP-nin bəzi funksionerləri Ümid Partiyası ilə bir yerdə olmağa etiraz ediblər: “Əgər bu variant alınmasa, Ümid Partiyası bu blokda olmasa, AXCP şərt qoysa ki, koalisiyada Ümid Partiyası və ya başqa bir partiya olmasın, onda ADP də həmin blokda iştirak etməyəcək. Biz o birlikdə olsaq, belə çıxır ki, ADP vaxtilə tərk etdiyi “Azadlıq” blokuna qayıdır. Belə olan halda heç bir əməkdaşlıqdan söhbət gedə bilməz. O zaman ADP seçkilərdə təklikdə iştirak edəcək və hamı biləcək ki, inteqrasiyaya mane olan kimlərdir. Biz inteqrasiyanın tərəfdarıyıq və sona qədər də bu mövqeyimizi qoruyacağıq”.

H. Rüstəmov bildirib ki, ADP nə siyasi çəkisinə, nə populyarlığına, nə elektorata görə özünü digər partiyalardan aşağı hesab etmir və təklikdə seçkiyə qatılıb müəyyən nəticələr əldə edə bilər: “Ümid Partiyasının müxalifət mövqeyində olması açıq şəkildə görünür və bunlara əlavə hansı sübutlar lazımdır, bilmirik. Digər tərəfdən, referendumda AXCP Ümid Partiyası ilə əməkdaşlıq edib. Necə olur o zaman əməkdaşlıq mümkün idi, indi yox?!”
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR