Bank Of Baku

Hacıbala Abutalıbov Müsavatın mitinq və piket keçirilməsi ilə bağlı məktubuna cavab verib

Hacıbala Abutalıbov Müsavatın mitinq və piket keçirilməsi ilə bağlı məktubuna cavab verib
# 01 aprel 2010 13:32 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbərin mitinq və piket keçirilməsi üçün Bakı şəhərində müvafiq yerlərin ayrılması məqsədi ilə Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova ünvanladığı məktuba bu gün cavab verilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, BŞİH cavab məktubunda kütləvi aksiyaların keçirilməsi üçün yer ayırmaqdan imtina edib.

Mətbuat xidmətindən bildirilib ki, bu, Azərbaycan Konstitusiyasının 49-cu maddəsinə və “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununa ziddir.

Partiya sərbəst toplaşmaq azadlığının bərpasında israrlı olduğunu bildirib və bu istiqamətdə mübarizəsini davam etdirəcəyini bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR