Prezident İlham Əliyev: “Bu il də Azərbaycanda maaş və pensiyalar artırılacaq”
“Biz elə etməliyik ki, gələcəkdə də, bütün dövrlərdə ölkəmizi hərtərəfli inkişaf etdirək, ölkə qarşısında duran bütün problemləri həll edək” deyən prezident problemlərin böyük hissəsinin həll olunduğunu, Regionların Sosial-İqtisadi İnkişafı Dövlət Proqramının birinci hissəsinin uğurla başa çatdırıldığını qeyd edib: “İndi ikinci proqram icra olunur. Bu proqramın icrasında da yaxşı nailiyyətlər var. Amma biz elə etməliyik ki, ikinci proqramın başa çatması ilə əlaqədar bütün işlər vaxtında görülsün və proqramda nəzərdə tutulmuş bütün vəzifələr icra edilsin. Belə olarsa, 2013-cü ilə qədər ölkə qarşısında duran əsas iqtisadi, infrastruktur və sosial məsələlər həllini tapacaq. Hər halda bunu etmək üçün güclü siyasi iradə, artıq güclü iqtisadi imkanlar, peşəkar kadrlar var. Əminəm ki, yerlərdə artıq mövcud olan infrastruktur və texniki imkanlar bu məqsədə çatmaq üçün bizə şərait yaradacaq”.
Prezident bununla belə, həll ediləsi problemlərin hələ də çox olduğunu bildirib: “Əsas sosial və iqtisadi problemlərin böyük hissəsi həll olunub. Azərbaycanda işsizlik böyük dərəcədə aradan qaldırılıb. Yoxsulluq demək olar ki, artıq inkişaf etmiş ölkələrin səviyyəsinə - 49 faizdən 11 faizə enib. Bütün bunların təməlində aparılan islahatlar, düşünülmüş siyasət və görülən iqtisadi tədbirlər dayanır”.
2009-cu ilin bütün dünya üçün sınaq ili olduğunu xatırladan dövlət başçısı iqtisadi və maliyyə böhranının bütün ölkələrə təsir göstərdiyini diqqətə çatdırıb: “Hansı ölkə bu sınaqdan necə çıxıb? Əsas məsələ, mahiyyət bundadır. Azərbaycan o ölkədir ki, 2009-cu ildə dünya miqyasında ən sürətlə inkişaf edib, iqtisadi nailiyyətlərə nail ola bilib. İqtisadiyyatımız təxminən 10 faiz artıb. Bu, sadəcə bir göstərici deyil. Bu göstərici insanların həyat səviyyəsində, abadlaşan şəhərlərdə, çəkilən yollarda, tikilən müəssisələrdə özünü göstərir. Bu gün Azərbaycanda işləmək üçün xaricdən işçi qüvvəsi gəlir və bu məqsədlə biz bu yaxınlarda Dövlət Miqrasiya Xidməti yaratmışıq ki, bu prosesləri tənzimləyək. Artıq vaxtilə ölkəmizdən başqa şəhərlərə, ölkələrə getmiş vətəndaşlar da qayıtmağa başlayırlar. Azərbaycanda sabitlik, ictimai-siyasi asayiş ən yüksək səviyyədədir”.
Prezident işsizliyin aradan qaldırılması sahəsində görülən işlərin yeni müəssisələrin, fabriklərin yaranmasına gətirib çıxardığını qeyd edib: “Özəl sektor inkişaf edir. Sahibkarlığa dəstək məqsədi ilə kreditlər ayrılır, kənd təsərrüfatının inkişafı üçün böyük subsidiyalar qoyulur. İnfrastruktur layihələri, bütün ölkəmizdə yol tikintisi, müasir müəssisələr, indi qazlaşdırma prosesi sürətlə gedir. Elə etməliyik ki, ölkəmizin bütün məntəqələrinə kifayət qədər elektrik enerjisi verilsin, qaz problemləri həllini tapsın. Növbəti mərhələdə içməli su, kanalizasiya problemləri bizim üçün prioritet təşkil edir. Ümid edirəm ki, 2013-cü ilə qədər bütün şəhər və rayonlarımızın su-kanalizasiya problemləri həllini tapacaq”.
Dövlət başçısı beynəlxalq maliyyə qurumları, mötəbər beynəlxalq təşkilatların da Azərbaycanın uğurlarını qeyd etdiyini vurğulayıb: “Biz rəqabət qabiliyyətliliyinə görə MDB məkanında birinci ölkəyik. Bu yaxınlarda Dünya İqtisadi Forumunun qlobal rəqabət hesabatında bildirildi ki, Azərbaycan informasiya-kommunikasiya sahəsində MDB məkanında birinci yerə çıxıb. Bu sahə bizdə demək olar ki, cəmi beş il əvvəl yaranıb. Ondan əvvəl Azərbaycanda çox adam bilmirdi ki, informasiya-kommunikasiya texnologiyaları nədir. Beş il ərzində biz MDB məkanında birinci olduq”.
Prezident Azərbaycanın daha da sürətlə inkişaf edəcəyini, müasirləşəcəyini, beləliklə, ölkəmizin uzunmüddətli inkişaf strategiyasının təmin olunacağını bildirib: “Bu strategiya elə qurulmalıdır ki, təbii resurslardan asılılıq minimum səviyyəyə endirilsin. Biz ölkə iqtisadiyyatını elə qurmalıyıq və elə qururuq ki, təkcə bir sahədən asılı olmayaq. Ona görə şaxələndirmə prosesi Azərbaycanda geniş vüsət alıb. Baxmayaraq ki, 2009-cu ildə dünyada neftin qiyməti kəskin düşüb, Azərbaycan iqtisadiyyatı yenə də artır. Sadə Azərbaycan vətəndaşları o böhranın acı nəticələrini demək olar ki, hiss etməyib. Çünki inflyasiya sabit qaldı, biz qiymətlərin artımına imkan vermədik. Sadəcə qiymətlər 1,5 faiz artdı, maaşlar, pensiyalar vaxtında verildi və bu proses bu gün də davam edir. Bu il də maaşların, pensiyaların artımı nəzərdə tutulur. Bu da olacaq”.
Prezident Azərbaycanın özünü demək olar ki, əsas kənd təsərrüfatı və ərzaq məhsulları ilə təmin etdiyini söyləyib. O, şaxələndirmənın Azərbaycanın inkişafı üçün başlıca şərt olduğunu, artıq demək olar ki, buna nail olunduğunu vurğulayıb: “Gələcəkdə imkanlarımız genişləndikcə, əlbəttə ki, biz bütün ölkə qarşısında duran vəzifələri icra edəcəyik”.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO
Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları