Bank Of Baku

Ombudsman Elmira Süleymanova illik məruzəsini Milli Məclisə təqdim edib

Ombudsman Elmira Süleymanova illik məruzəsini Milli Məclisə təqdim edib
# 02 aprel 2010 10:03 (UTC +04:00)
APA-nın məlumatına görə, məruzəni Ombudsman Elmira Süleymanova təqdim edib. E. Süleymanova deyib ki, ötən il müvəkkilin ünvanına 8800 müraciət daxil olub. Bu müraciətlərdən 7365-i (83,7%) şikayətdir. Şikayətlərin 982-si (13,3%) məhkəmə, 415-i (5,6%) prokurorluq, 1239-u (16,8%) polis (bunlardan 112, yəni 9% dövlət yol polisi ilə bağlı), 688-i (9,3%) yerli icra hakimiyyəti orqanları, 441-i (6%) məhkəmə qərarlarının icra edilməməsi, 205-i (2,8%) isə bələdiyyələrlə bağlı olub.

Müvəkkilin məruzəsində yerlərdəki bəzi məmurların diqqətsizliyi və özbaşınalığı nəticəsində süründürməçiliklə, biganəliklə üzləşən insanların mərkəzi orqanlara müraciət etmək məcburiyyətində qaldıqları qeyd olunub, belə halların insanların istər fiziki, istərsə də maddi cəhətdən çətinliklərlə üzləşməsinə, narahatlıq və narazılığına səbəb olduğu bildirilib: “Şikayətlərin təhlili onu deməyə əsas verir ki, vətəndaşların müraciət etmək hüququnun təmin edilməsində əsas maneə sayılan bir sıra bürokratik əngəllər qalmaqdadır və bəzi məmurlar şəxsi mənafelərini hələ də insanların qanuni mənafelərindən və ehtiyaclarından üstün tuturlar. Ümumiyyətlə, şikayətlərin artmasına səbəb və narahatlıq yaradan hallardan biri də məhz əhalinin qayğı və çətinliklərinə diqqət verməyən, onların problemlərini həll etmək iqtidarında olmayan, ən müxtəlif məsələlərlə yerli qurumlara üz tutan vətəndaşlara münasibətdə laqeydlik göstərən məmurların yarıtmaz fəaliyyəti olub”.

E. Süleymanova həmçinin bildirib ki, fəaliyyəti dövründə onun ünvanına ümumilikdə 51060 müraciət daxil olub. Müraciətlərin 83,7 faizi şikayətlərdən, 16,2 faizi ərizələrdən, 0,1 faizi isə təkliflərdən ibarətdir: “Konstitusiya qanununun tələblərinə müvafiq olaraq, müvəkkil şikayətlərin onun səlahiyyətlərinə aid olmaması, yəni ərizəçinin hüquqlarının pozulduğu gündən bir ildən çox müddət keçməsi, anonim olması, şikayətlə bağlı məhkəmə icraatı gəlməsi, təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmaması səbəbindən ərizələrin 48,9 faizinə baxılmaqdan imtina edib. Şikayətlərin 51,1 faizi baxılmaq üçün icraata qəbul edilib, bunların 44,7 faizi təmin olunub ki, bu da təxminən Avropa və postsovet məkanında mövcud olan göstəricilər səviyyəsindədir”. Ombudsmanın illik məruzəsinin təqdimatı davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR