Bank Of Baku

Siyavuş Novruzov: “Bilmək olmaz, bəlkə müxalifət də hansısa teror təşkilatına xidmət edir”

Siyavuş Novruzov: “Bilmək olmaz, bəlkə müxalifət də hansısa teror təşkilatına xidmət edir”
# 02 aprel 2010 10:23 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin aprelin 2-də keçirilən iclasında çıxış edən millət vəkilləri bir sıra təkliflər səsləndiriblər. APA-nın xəbərinə görə, Zahid Oruc Silahlı Qüvvələrə Yardim Fonduna pul köçürülməsinin artırılmasının vacibliyinə diqqət çəkib. Fazil Mustafa isə Azərbaycanı erməni zülmündən xilas edən Osmanlı İmperiyasının Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın xatirəsinin əbədiləşdirilməsini təklif edib: “Onun qədər Azərbaycan üçün fədakarlıq edən çox az sayda insan var. Biz bu gün burada oturduğumuza görə ona minnətdarıq. Sentyabra qədər Nuru Paşanın xatirəsi əbədiləşdirilməlidir”. F. Mustafa həmçinin Mərkəzi Seçki Komissiyasında boş qalan yerlərin parlamentdə azlıqda olan partiyalara verilməsini təklif edib.

Arzu Səmədbəyli Müsavat Partiyasının mitinq keçirmək üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etdiyini, lakin mənfi cavab aldığını deyib: “Bakı şəhər İcra Hakimiyyətinin cavabı bizi qane etmir. Guya insanların istirahətinə və nəqliyyatın sərbəst hərkətinə maneə yaranır. Bunlar əsassızdır. Milli Məclisin spikeri kimi sizdən bu məsələyə müdaxilə etməyinizi istəyirik”.

Qüdrət Həsənquliyev də MSK-da boş qalan yerlərin azlıda qalan partiyalara verilməsi təklifini dəstəkləyib. O, həmçinin Rusiyada baş verən terror hadisəsini xatırladaraq Bakı şəhərində kütləvi yerlərdə kameralar quraşdırılmasını və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini təklif edib.

Siyavuş Novruzov isə müxalifətin mitinq keçirmək istəyini mənasız adlandırıb. Onun sözlərinə görə, müxalifət mitinq keçirmək əvəzinə, ölkədə geniş vüsət alan ağacəkmə kampaniyasına qoşulsa, daha yaxşı olar: “Amerikanın ayırdığı zəfəran suyunun iyi burnunuza dəyən kimi başlayırsınız mitinq keçirmək ideyasına düşməyə. Elə yerlər də təklif edirlər ki, orada dogrudan da mitinq keçirilməsi mümkün deyil. Bakı meriyası düz edib icazə verməyib. İndi antiterror mübarizəsi güclənib. Bilmək olmaz, bəlkə bunlar da hansısa teror təşkilatına xidmət edir”. S. Novruzovun bu çıxışı müxalifəıt deputatlarının etirazına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR