Bank Of Baku

Bəzi millət vəkilləri Ombudsmanın illik məruzəsində “Diffamasiya haqqında” qanunun qəbulunun zəruriliyi barədə qeydini etirazla qarşılayıblar

Bəzi millət vəkilləri Ombudsmanın illik məruzəsində “Diffamasiya haqqında” qanunun qəbulunun zəruriliyi barədə qeydini etirazla qarşılayıblar
# 02 aprel 2010 11:07 (UTC +04:00)
APA-nın xəbərinə görə, deputat İlyas İsmayılov belə bir qanunun qəbul olunmasının Azərbaycan üçün xeyirli olmayacağını deyib. Onun sözlərinə görə, bu, daha çox problemlər yarada bilər.

MM sədrinin birinci müavini Ziyafət Əsgərov da bildirib ki, “Diffamasiya haqqında” qanunun qəbul olunması cəmiyyətdə xaos yaradacaq: “Bu qanunun qəbul edilməsini bizə sırımaq istəyən ölkələr bunu özləri qəbul eləmir. Qoy, birinci özləri qəbul etsinlər”.

Deputat Fəzail Ağamalı isə Ombudsmanın məruzəsində jurnalistlərlə bağlı məsələlərə xüsusi yer ayrılmasına etiraz edib: “Məruzədə Nazim Quliyev, Eynulla Fətullayevin adları çəkilir. Namus üstündə yatanların birinin də adı yoxdur orada. Niyə Ombudsman bir qadın məhkumdan bəhs etmir?”

Millət vəkili Cəmil Həsənli isə Ombudsmanın diffamasiya ilə bağlı məsələni düzgün qoyduğunu, həbsdə olan jurnalistlərin tezliklə azadlığa buraxılmasının vacibliyini qeyd edib.

Deputat Fazil Mustafa da Azərbaycanda mətbuat ombudsmanı institutunun yaradılması ilə bağlı beş il əvvəl qanun qəbul edildiyini qeyd edərək, tezliklə mətbuat ombudsmanın yaradılmasının vacibliyini deyib. Millət vəkili ölkədə hərbi ombudsmanın olmasının zəruriliyini də vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR