Bank Of Baku

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əlavə və dəyişiklik edilib

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əlavə və dəyişiklik edilib
# 02 aprel 2010 15:07 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Milli Məclisin iclasında “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna əlavələr və dəyişikliklər edilməsi barədə məsələ müzakirə olunub. APA-nın xəbərinə görə, sənəd haqqında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov məlumat verib. O bildirib ki, təklif edilən əlavə və dəyişiklik vəkillik institutunun daha da möhkəmlənməsinə xidmət edir: “Əlavə və dəyişikliklərin bir hissəsi qanunda olan boşluqların aradan qaldırılmasına xidmət edir. Vəkillik institutunun formalaşması mürəkkəb bir prosesdir. Hazırda bir sıra peşəkar vəkillər hakim testlərini uğula verirlər və hakim olurlar. Dövlət başçısı tərəfindən təqdim olunan bu əlavə və dəyişiklik mühüm qiymətləndirilməlidir”.
Fazil Mustafa deyib ki, Azərbaycan vəkillərin adambaşına düşən sayına görə dünyada ən sonuncu yerlərdən birini tutur: “Vəkil olmaq üçün qoyulan maneələr həddən artıq çoxdur. Bu sistem sadələşdirilməlidir”.
Pənah Hüseyn Azərbaycanda hər 100 min nəfərə 6 vəkilin düşdüyünü, bu halın vətəndaşların hüquqlarını keyfiyyətli şəkildə qorumağa imkan vermədiyini söyləyib. Onun fikrincə, təklif edilən əlavə və dəyişiklik vəkil olmağın yollarını daha da çətinləşdirir: “Bu ilin yanvarından Azərbaycanda vəkillərə dövlət hesabına hüquqi yardımın göstərilməsinə görə hər iş saatı üçün 2 manat ödənilməsi haqda qərar çıxarılıb. Ötən ilə qədər bu məbləğ 99 qəpik idi. Bu, biabırçılıqdır. Vəkil hər gün səkkiz saat işləsə belə, ayda 350 manatdan artıq ala bilmir” .
Müzakirələrdən sonra sənədə təklif olunan əlavə və dəyişiklik təsdiqlənib.
“Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" qanuna dəyişiklik də müzakirə olunaraq qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR