Bank Of Baku

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib

Prezident İlham Əliyev Azərbaycanın pravoslav xristian icmasını  Pasxa bayramı münasibəti ilə təbrik edib
# 03 aprel 2010 15:33 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycan pravoslav xristian icmasını Pasxa bayramı münasibəti ilə təbrik edib. APA-nın xəbərinə görə, təbrikdə qeyd olunub ki, Azərbaycanda tarixən xalqlar arasında mehriban dostluq və qardaşlıq münasibətləri mövcud olub, səmavi dinlər qarşılıqlı hörmət və etimad şəraitində, dinc yanaşı fəaliyyət göstərib: “Yüksək əxlaqi dəyərlərə əsaslanan tolerantlıq mühitində ölkəmizin bütün milli azlıqları öz etnik-dini adət-ənənələrini, dil və mədəniyyətini günümüzəcən yaşadıblar. Müasir mərhələdə tarixi-mənəvi irsin və etnik-mədəni müxtəlifliyin qorunub saxlanması Azərbaycan hökumətinin xüsusi diqqət və qayğı ilə yanaşdığı məsələlərdəndir”.

Təbrikdə qeyd olunub ki, Azərbaycan cəmiyyətində özünəməxsus yeri olan pravoslav xristian icması ictimai-siyasi həyatın bütün sahələrində fəal iştirak edir, ölkədə təmin olunmuş demokratik-hüquqi şəraitdən tam yararlanmaqla, milli-dini ayin və mərasimlərini azad və sərbəst şəkildə yerinə yetirir: “Müqəddəs Pasxa bayramı münasibətilə sizi – Azərbaycanın bütün xristianlarını ürəkdən təbrik edir, hamınıza ən səmimi arzu və diləklərimi yetirirəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR