Bank Of Baku

Sülh danışıqları başa çatdıqdan sonra ermənilərin azad edəcəkləri Laçının 13 kəndinin adı məlum olub

Sülh danışıqları başa çatdıqdan sonra ermənilərin azad edəcəkləri Laçının 13 kəndinin adı məlum olub
# 05 aprel 2010 08:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “İşğaldan azad olunma ehtimalı Laçın rayonunun Xocavənd və Qubadlı rayonları ilə həmsərhəd olan ərazilərinin rayına düşür”.

Azərbaycanın İşğal Olunmuş Ərazilərindəki Tarix və Mədəniyyət Abidələrini Müdafiə Təşkilatı ictimai birliyindən APA-ya daxil olan məlumata görə, Laçının cənub ərazilərində 19 kəndi, bir qəsəbəsi vardır. Təşkilat bildirir ki, bu kəndlərin 6-sı və “Qayğı” qəsəbəsi Laçın şəhərinə yaxın olduğundan onların birinci mərhələdə azad olunma ehtimalı sıfıra bərabərdir. Laçının ilk azad ediləcək kəndlərinin isə Cicimli, Cağazür, Dəhyan, Güləbird, Malxələf, Səfiyan, Suarası, Fərəcan, Aşağı Fərəcan, Alıcan, Köhnəkənd, İrçan və Fətəlipəyə kəndlərinin olacağı ehtimal edilir.

İctimai birlik torpaqların danışıqlar yolu ilə geri qaytarılacağı halda ilk olaraq ermənilərin Laçının adıçəkilən 13 kəndini azad etmək məcburiyyətində qalacaqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR