Bank Of Baku

ATƏT-in Bakı ofisi dəyirmi masa keçirəcək

ATƏT-in Bakı ofisi dəyirmi masa keçirəcək
# 05 aprel 2010 08:54 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Aprelin 8-də ATƏT-in Bakı ofisi qurumun Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun seçkiləri müşahidə missiyasının 2008-ci ildə irəli sürdüyü tövsiyələrin yerinə yetirilməsinə həsr olunmuş dəyirmi masa keçirəcək. APA-nın ATƏT-in mətbuat xidmətinin məlumatına istinadən verdiyi xəbərə görə, tədbirdə seçki kampaniyasına dair məsələlər, o cümlədən sərbəst toplaşma azadlığı haqqında qanunun icrası, seçki prosesinə qanunsuz müdaxilələrin qarşısının alınması müzakirə ediləcək. Tədbirdə həmçinin Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ekspertlərinin tövsiyələrinin təqdimatı olacaq.

Dəyirmi masada hökumətin, siyasi partiyaların, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR