Bank Of Baku

Sabiq millət vəkili Yusif Bağırzadə AMIP-ə üzv qəbul olmaq üçün müraciət edib

Sabiq millət vəkili Yusif Bağırzadə AMIP-ə üzv qəbul olmaq üçün müraciət edib
# 05 aprel 2010 09:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Sabiq millət vəkili və Mərkəzi Seçki Komissiyasının (MSK) keçmiş üzvü Yusif Bağırzadə Azərbaycan Milli İstiqlal Partiyasına (AMİP) üzv olmaq üçün partiyanın Siyasi Şurasına müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, Y. Bağırzadə 1995-2000-ci illərdə millət vəkili seçildiyini, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Daimi Komissiyasının sədr müavini kimi çalışdığını, ATƏT-in Parlament Assambleyasının, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin (MDB) Parlament Assambleyasının üzvü olduğunu qeyd edib. O, öz ərizəsində dünya birliyində Azərbaycanın nüfuzunun artırılması və bunun nəticəsi olaraq ölkənin beynəlxalq problemlərinin həlli üçün şəxsi təcrübəsi, potensialı və mənəvi hazırlığını nəzərə alaraq, peşəkar siyasətə qayıtmağa qərar verdiyini qeyd edib.

AMİP-ə üzv olmaq qərarına gəldikdə Y. Bağırzadə bunu həmin partiyanın Azərbaycanda öz dayanıqlı və ardıcıl siyasi xətti, hər cür intriqalardan uzaqda durması, millətin və xalqın maraqlarını öndə tutması, beynəlxalq səviyyədə tanınması ilə əlaqələndirib.

Qeyd edək ki, 1995-ci illərdə millət vəkili seçilmiş Yisif Bağırzadə daha sonra Azərbaycan Demokrat Partiyasına keçib və 2003-2006-cı illərdə bu partiyanın Mərkəzi Seçki Komissiyasında təmsilçisi olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR