Bank Of Baku

“Azadlıq” blokuna daxil olan partiyaların parlament seçkilərində iştirak edəcək 60 namizədi müəyyənləşib

“Azadlıq” blokuna daxil olan partiyaların parlament seçkilərində iştirak edəcək 60 namizədi müəyyənləşib
# 05 aprel 2010 12:03 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Azadlıq” blokuna daxil olan partiyalar bu il keçiriləcək parlament seçkilərində iştirak edəcək 60 namizədini müəyyən edib. Bu barədə APA-ya blokda təmsil olunan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev məlumat verib. Onun sözlərinə görə, hazırda namizədlər bloka daxil olan üç partiyanın daxilində müəyyənləşir. Sonrakı mərhələdə ümumi blokun namizədlərinin siyahısı müəyyən ediləcək: “Bundan sonra isə müxalifətin vahid namizəd siyahısının mümkün olan qədər razılaşdırılması prosesi başlanılacaq”.

Ə. Əliyev bildirib ki, blok təxminən 120 nəfərlik namizəd siyahısı hazırlamaq fikrindədir: “Siyahıya yalnız şanslı namizədlər daxil ediləcək”.

Qeyd edək ki, “Azadlıq” blokuna Xalq Cəbhəsi, Liberal, Vətəndaş və İnkişaf partiyaları daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR