Bank Of Baku

ADP Ramiz Mehdiyevin Türkiyə səfərini əhəmiyyətli sayır

ADP Ramiz Mehdiyevin Türkiyə səfərini əhəmiyyətli sayır
# 05 aprel 2010 12:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyası (ADP) Türkiyə-Azərbaycan münasibətlərinin inkişafı baxımdan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin Türkiyə səfərini əhəmiyyətli hesab edir. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, ADP İdarə Heyətinin iclasında iki ölkə arasında son vaxtlar yaranmış anlaşılmazlıqlara aydınlıq gətirilməsi və hər iki ölkənin strateji maraqlarına uyğun hədəflərə birgə çatması baxımından bu səfər müsbət qiymətləndirilib. Partiya hakimiyyəti Türkiyə ilə münasibətləri daha yüksək səviyyədə qurmağa çağırıb.

İdarə Heyətinin üzvləri Yeni Azərbaycan Partiyası təmsilçilərinin sərbəst toplaşma azadlığının məhdudlaşdırılmasına yönələn aqressiv münasibətini pisləyib. ADP vətəndaşların Konstitusiya ilə onlara şamil edilən hüquqlarının qarşısını almağa yönələn bu cür hərəkətlərin yolverilməz olduğunu bildirib və kütləvi aksiyalarla bağlı müraciətlərə müsbət cavab verməyi vacib sayıb. Bununla bərabər partiya hakimiyyəti bütün siyasi qüvvələrin etimad göstərdiyi seçki komissiyaları formalaşdırmağa və seçki qanunvericiliyinə demokratik, ədalətli və şəffaf seçkilər keçirilməsinə imkan verən dəyişikliklər etməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR