Bank Of Baku

Rafael Hüseynov AŞ PA Komitəsinin iclasında iştirak edəcək

Rafael Hüseynov AŞ PA Komitəsinin iclasında iştirak edəcək
# 05 aprel 2010 15:43 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev-APA. Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Rafael Hüseynov Avropa Şurası Parlament Assambleyasının Ətraf mühit, kənd təsərrüfatı, yerli və regional işlər üzrə Komitəsinin iclasında iştirak etmək üçün aprelin 6-da Parisə yola düşəcək. Parlamentin mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, iclasda biomüxtəliflik və iqlim dəyişikliyi, hərbi tullantıların ətraf mühitə təsiri, meşələrin, dəniz hövzələrinin mühafizəsi və digər mövzularda fikir mübadiləsi aparılacaq. Səfər aprelin 9-da başa çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR