Bank Of Baku

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib
# 05 aprel 2010 15:46 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev - APA. Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib. APA-nın xəbərinə görə, iclasda Milli Məclis sədrinin müavini, komitə sədri Valeh Ələsgərov bildirib ki, İnzibati Xətalar Məcəlləsinə iki yeni maddənin əlavə olunması təklif edilir. Əlavə ediləcək maddələrə əsasən su təchizatı, qaz və elektrik enerjisi sahəsində qanunvericiliyin tələblərinin pozulmasının qarşısını almağa istehlakçı tərəfindən maneələr törədilməsinə görə fiziki şəxslər iyirmi manat, vəzifəli şəxslər əlli manat, hüquqi şəxslər isə yüz manat miqdarında cərimə ediləcəklər.

İclasda “Xəzər dənizinin Azərbaycan sektorunda “Bahar” yatağının və “Qum-Dəniz” yatağının daxil olduğu blokun kəşfiyyatı, bərpası, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Bahar Enerji Limited” və ARDNŞ-in Ortaq Neft Şirkəti arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi də müzakirə olunub. Qeyd edildi ki, saziş prezident sərəncamına uyğun olaraq ötən il dekabrın 22-də bağlanıb.

Müzakirələr zamanı çıxış edən millət vəkilləri sənədin Azərbaycanın maraqları və yataqdakı risklər nəzərə alınmaqla hazırlandığını vurğulayaraq hər iki qanun layihəsini Milli Məclisin plenar iclasında baxılmağa tövsiyə ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR