Bank Of Baku

Müsavat Partiyası planlaşdırdığı piketi təxirə salıb

Müsavat Partiyası planlaşdırdığı piketi təxirə salıb
# 05 aprel 2010 16:02 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyası aprelin 6-da Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) binası qarşısında keçirməyi planlaşdırdığı piketi təxirə salıb. Bu barədə APA-ya partiya Məclisinin sədri Sülhəddin Əkbər məlumat verib. Onun sözlərinə görə, məsələ Müsavat Divanında müzakirə edilib və aksiyanın aprelin 14-də keçirilməsi qərara alınıb: “ATƏT aprelin 8-də Azərbaycanda sərbəst toplaşma azadlığı ilə bağlı konfrans keçirəcək və biz istəmədik ki, bu tədbir öncəsi hər hansı gərginlik olsun”.

Qeyd edək ki, Müsavat Partiyası sərbəst toplaşma azadlığının bərpa olunması tələbi ilə aprelin 6-da Bakı şəhər İcra Hakimiyyətinin binası qarşısında aksiya keçirməyi qərara almışdı. Şəhər rəhbərliyi isə bu aksiyanın keçirilməsinə icazə verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR