Milli Təhlükəsizlik Nazirliyi “Meşə qardaşları” silahlı birləşmənin rəhbərlərindən Samir Mehdiyevin istintaqının gedişi barədə məlumat yayıb
Samir Mehdiyevin istintaqa verdiyi ifadələrlə onun gizli yolla xarici ölkənin ərazisinə keçirilməsi, eləcə də Pakistan ərazisində gizlənməsi ilə əlaqədar yeni xüsusatlar üzə çıxıb. Müəyyən edilib ki, Samir Mehdiyev «Cümə məscidi»ndə terrorçuluq törədilməsindən sonra «Dağıstan camaatı»nın «təmsilçisi» olan «Abdulsəməd» ləqəbli şəxslə əlaqə yaradıb və sonuncunun tapşırığı ilə «Sumqayıt camaatı»nın üzvlərindən biri, hazırda barəsində məhkəmə baxışı keçirilən «İbrahim» ləqəbli Ceyhun Əliyevlə görüşüb. O, Samir Mehdiyevin Azərbaycandan gizli çıxarılması məqsədilə Azər Msirxanovun özünə «naib», yəni müavin təyin etdiyi Rəşid Mustafayevlə əlaqə yaradıb. Rəşid Mustafayev də Gürcüstana gedərək Azər Misirxanovdan Samir Mehdiyevin Azərbaycandan gizli çıxarılması barədə təlimat alıb. Silahlı birləşmənin üzvləri bu müddət ərzində Samir Mehdiyevi Sumqayıt şəhərində gizlədiblər. Samir Mehdiyev həmin vaxt üzərində olan 1 ədəd «Makarov» tipli tapançanı və ona aid 2 ədəd dolu darağı, eləcə də 1 ədəd «RQD» tipli əl qumbarasını özündə saxlayıb. «AKS-74U» tipli avtomat silahını və həmin odlu silaha aid patronlarla dolu 2 ədəd sandıqçanı isə silahlı birləşmənin üzvü, barəsində məhkəmə baxışı keçirilən Faiq Cəfərova verib. Azər Misirxanovun göstərişinə əsasən, Samir Mehdiyev Faiq Cəfərovun vasitəsilə sərnişin avtobusu ilə Tovuz rayonuna aparılıb. Əvvəlcədən əldə edilmiş razılığa əsasən, Faiq Cəfərov Tovuz şəhərinin kənarında Samir Mehdiyevi hazırda barəsində məhkəmə baxışı keçirilən Gürcüstan Respublukasının vətəndaşı İbadət Alazoviyə təhvil verib. İbadət Alazovi Samir Mehdiyevi Ağstafa rayonundakı «Böyük-Kəsik» sərhəd-nəzarət məntəqəsinin «Candar» sadələşdirilmiş buraxılış məntəqəsinə gətirib və Gürcüstandan Azərbaycana mal-qara keçirib geri qayıdan Gürcüstan vətəndaşlarına qoşaraq sərhədçilərin diqqətini yayındırıb və Samir Mehdiyevin mühafizə olunan dövlət sərhədini müvafiq sənədlər olmadan qeyri-qanuni yolla Gürcüstan ərazisinə keçməsinə nail olub.
Gürcüstanda Samir Mehdiyevi Azər Misirxanov və barəsində axtarış elan edilmiş «Subay» ləqəbli Elnur Cəfərov qarşılayıb və onu həmin ölkənin Qaraçöp kəndinin sakini, qrupun digər üzvü Rasim Tanrıverdiyevin evində yerləşdirib və o, burada təxminən 5 ay yaşayıb. Sonra Azər Misirxanovun vasitəsilə Samir Mehdiyev Gürcüstanın Batumi şəhərindən Türkiyəyə qeyri-qanuni olaraq insanların keçirilməsi ilə məşğul olan, hazırda şəxsiyyəti istintaqla araşdırılan bir nəfərlə tanış olub və sonuncunun pasportuna öz şəklini yapışdıraraq gizli yolla Türkiyə ərazisinə keçib. Samir Mehdiyev Pakistandakı terrorçu qruplaşmalardan birinə rəhbərlik edən «Abuzər» ləqəbli şəxsin və hazırda barəsində məhkəmə baxışı keçirilən «Şəkili Abdulla» ləqəbli Vüqar Abdullayevin köməkliyi ilə müxtəlif ünvanlarda yaşayıb. Bundan sonra, Samir Mehdiyev və Vüqar Abdullayev Pakistana getmək qərarını qəbul ediblər. Qeyri-qanuni yolla İran ərazisinə keçərkən onlar həmin ölkənin sərhədçiləri tərəfindən saxlanılıb və Samir Mehdiyevin Gürcüstana, Vüqar Abdullayevin isə Azərbaycana deportasiyası barədə qərar qəbul edilib. Lakin, İrandan Gürcüstana birbaşa aviareyslər olmadığı üçün o, Tehran-İstanbul-Tiflis reysi ilə ölkədən çıxarılıb. Samir Mehdiyev diqqətdən yayınaraq İstanbulun hava limanında təyyarədən enərək Gürcüstana qayıtmayıb. Vüqar Abdullayev isə Azərbaycanda Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Samir Mehdiyev Pakistan ərazisinə keçmək məqsədilə həmin vaxt İstanbula gələn Rasim Tanrıverdiyevin pasportuna öz şəklini yapışdıraraq saxtalaşdırıb. Sonra Samir Mehdiyev Azər Misirxanovla əlaqə yaradıb və sonuncu tərəfindən gizli yollarla Pakistana getmək marşrutu barədə təlimatlandırılıb. Samir Mehdiyev həmin saxta pasportla qanunsuz olaraq İrana, oradan isə Pakistan ərazisinə keçib.
Beləliklə müəyyən edilib ki, niyyətləri ölkədə terrorçuluq aksiyaları keçirmək olan radikal dini təmayüllü, Azər Misirxanovun rəhbərlik etdiyi «Sumqayıt camaatı» adlı silahlı birləşmənin, eləcə də bu günlərdə Aqil Namazovun rəhbərlik etdiyi, ifşa olunaraq yaxalanmış mütəşəkkil dəstənin üzvləri külli miqdarda silah-sursatı və partlayıcı maddələri qaçaq yolla Gürcüstandan Azərbaycan ərazisinə gətiriblər.
Azərbaycan ərazisindən qanunsuz silah dövriyyəsi məqsədilə istifadə edilməsi, ölkədə hüquqazidd əməllərin, o cümlədən sifarişli cinayətlərin törədilməsi planlarının, təhlükəsizliyə təhdidlər yaradan müxtəlif cinayətkar birləşmələrin və ünsürlərin mümkün niyyət və əlaqələrinin tam aşkarlanması və ifşası üçün zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin yaydığı məlumatda qeyd edilir ki, 2005-ci ilin mart ayında jurnalist Elmar Hüseynovun qətlinin törədilməsində iştirakları sübuta yetirilmiş, təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində İnterpol xətti ilə beynəlxalq axtarış elan edilmiş Gürcüstan Respublikasının vətəndaşları Tahir Xubanov və Teymuraz Əliyevin tutularaq ekstradisiya olunması barədə Azərbaycan tərəfinin Gürcüstan Baş Prokurorluğuna göndərdiyi və indiyədək həllini tapmadığı 6 vəsatətin də təmin olunması üçün müvafiq işlər görülür.
Daxili siyasət
Dövlət Suverenliyi Gününə həsr olunmuş ekspert müzakirəsi keçirilib
Azərbaycanda DSK-lar yenidən formalaşdırılıb - YENİLƏNİB
Bakının işğaldan azad edilməsindən 108 il ötür
Gəncədə Rus-Pravoslav Kilsəsinin 139 illiyi münasibətilə tədbir keçirilib
Xəbər Lenti
Anar Ələkbərov şəhid anaları ilə görüşüb - VİDEO
FHN-in əməkdaşları avtomobildə sıxılı vəziyyətdə qalan şəxsi xilas edib
Hərbi qulluqçularımız Koreyada keçirilən beynəlxalq müsabiqədə iştirak edib
Əməkdar artist Sevda Məmmədzadə vəfat edib
Ceyhun Hacıbəyli küçəsində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılacaq
AMEA Ermənistanda Gəncəsər monastırı ətrafında yaradılan qalmaqala dair bəyanat yayıb
Həsən Həsənov: Albaniya e.ə. 4-cü əsrdə yox, e.ə. 66-cı ildə yaranıb
"Neftçi" Azərbaycan çempionatlarında 1000-ci matçında qələbə qazanıb
Peskov: Rusiyanın ilin sonuna qədər 300 min nəfəri orduya çağırmaq planı yoxdur
Trump Tower Tbilisi Gürcüstan paytaxtına nəzər salan möhtəşəm təqdimat gecəsi ilə qlobal arenada debüt edib
İdarə: Pir Ömər Sultan ziyarətgahında Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa işləri aparılıb - FOTO
"Le Figaro": Fransada dizelin qiyməti rekord həddə çatıb
Rejissor Andrey Zvyaqintsev Rusiyada “xarici agent”lərin siyahısına daxil edilib
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalının açılışı olub - FOTO
"PeşəFest-2026" başlayıb
Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək - VİDEO
Bakıda daha iki küçədə avtobus zolağı təşkil edilir
AZAL “Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti” adına layiq görülüb
Qubada yol qəzasında 5 nəfər xəsarət alıb - FOTO - YENİLƏNİB
Rusiya Ermənistana xəbərdarlıq edib
Rəsmi Bakı Fransanın Azərbaycana səyahət xəbərdarlığını rədd edir
“Pirqulu Park” hotelində 600 nəfərlik konqres binası yaradılıb - FOTO
Makronun həyat yoldaşı ilə bağlı məhkəmə işində bəraət alan jurnalist Nataşa Rey vəfat edib
Yevlaxda iki yük maşını toqquşub
“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib
Aİ-nin Qırmızı dənizdəki missiyasının xəbərdarlıq səviyyəsi yüksəldilib
Dərbənddəki Azərbaycan Teatrına Müslüm Maqomayevin adı verilib
Rabitəbank 32-ci filialını Bakıxanovda açıb - FOTO
Yağış yağacaq, çaylardan daşqın və sel keçəcək - XƏBƏRDARLIQ
FHN Cəlilabadda seminar-müşavirə keçirib
AZAL və Milli Konservatoriya Milli Musiqi Gününə həsr olunan müsabiqə keçirib
Gürcüstan XİN Tsxinvali bölgəsində keçirilən “prezident seçkiləri”ni qınayıb
Sədr müavini: "PAŞA Bank"ın hər hansı bankı almaq planı yoxdur
Bəhruz Nağıyev: Bank sektorunda rəqabət kifayət qədər yüksəkdir
“Nar dəstəyi ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
Cəlilabadda zəncirvari yol qəzası baş verib, 4 nəfər xəsarət alıb - FOTO
General-mayor İsgəndər Allahverdiyev Hərbi Memorial Məzarlıqda dəfn edilib - FOTO - YENİLƏNİB
“PAŞA Bank” gələn ay səhmdarlarına dividend ödəyəcək
Ziya Bünyadov prospektinin bir hissəsində avtobus zolağının qüvvədə olma saatı uzadılıb
Salyanda motosiklet piyadanı vuraraq öldürüb
QHT-lər Ermənistanın işğaldan azad edilmiş ərazilərə səfər etmiş diplomatik korpusa qarşı kampaniyasını pisləyib
Şuşada Milli Musiqi Günü qeyd edilib - FOTO
Moskva Tokiodan Amerika raket komplekslərinin Yaponiyadan çıxarılmasını tələb edib
“PAŞA Bank” Naxçıvanda günəş enerjisi layihəsinə 8,5 mln. manat ayırıb
“PAŞA Bank”ın səhmdarlarının sayı 18 minə yaxınlaşıb
Sumqayıtda yeni mənzillər satışa çıxdı - Qiymətlər və şərtlər
Erməni cinayətkar şəbəkə Fransa məhkəməsində: Milyonlarla avroluq cinayət işinin detalları