Bank Of Baku

DUİ müxalifətin birgə kütləvi aksiya keçirməsi təklifi ilə çıxış edib

DUİ müxalifətin birgə kütləvi aksiya keçirməsi təklifi ilə çıxış edib
# 06 aprel 2010 09:39 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum, qarşıda duran vəzifələr müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

DUİ Sədrlər Şurası hakimiyyət nümayəndələrinin Milli Məclisdə müxalifətin sərbəst toplaşma azadlığı haqqında təkliflərini terrorçuluqla əlaqələndirmələrini, sərbəst toplaşma azadlığını boğmaq barədə mövqe sərgiləmələrini, müxalifətə qarşı təhqiramiz və böhtan xarakterli çıxışlarını qətiyyətlə pisləyib və belə hallara son qoyulmasını tələb edib. DUİ SŞ müxalifətin birlikdə kütləvi aksiya keçirməsi təklifi ilə çıxış edib və bu istiqamətdə fəaliyyətin əlaqələndirilməsini məqsədəuyğun sayıb. Müsavat Partiyası ilə DUİ arasında danışıqların növbəti raundu aprelin 7-də Müsavat Partiyasının qərargahında keçiriləcək.

Toplantıda DUİ-yə daxil olan 5 partiyanın – Klassik Xalq Cəbhəsi, Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR