Bank Of Baku

Mübariz Əhmədoğlu: “Hadisələrin inkişafı Ermənistanın mövqeyini zəiflədib”

Mübariz Əhmədoğlu: “Hadisələrin inkişafı Ermənistanın mövqeyini zəiflədib”
# 06 aprel 2010 11:25 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzi (SİTM) mart ayında baş verən beynəlxalq və regional ictimai-siyasi proseslərin ümumi yekunlarına dair hesabatını açıqlayıb. APA-nın məlumatına görə, mərkəzin rəhbəri Mübariz Əhmədoğlu keçirdiyi mətbuat konfransında bildirib ki, Dağlıq Qarabağ probleminin dinc yolla tənzimlənməsi ilə bağlı Azərbaycanın yenilənmiş Madrid prinsiplərini qəbul etməsi Ermənistanı çətin vəziyyətdə qoyub: "Ermənilər əvvəllər deyirdilər ki, yenilənmiş Madrid prinsiplərini qəbul etməyə hazırdırlar. Amma rəsmi Bakı öz mövqeyini açıq şəkildə ortaya qoyduqdan sonra yeni bəhanələr səsləndirməyə başlayıblar”.

M. Əhmədoğlu deyib ki, hadisələrin inkişafı Ermənistanın mövqeyinin zəifləməsinə səbəb olub.

Hesabatda Gürcüstanda gedən proseslər də təhlil olunub. M. Əhmədoğlunun sözlərinə görə, “İmedi” televiziyasının Rusiya qoşunlarının bu ölkəyə hücumu haqqında hazırladığı süjet təsadüfi deyil: “Bu süjet Gürcüstan rəhbərliyinin ciddi psixoloji problemlərinin olduğunu göstərdi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR