Bank Of Baku

Açıq Cəmiyyət Partiyası heç bir seçki blokunda təmsil olunmayacaq

Açıq Cəmiyyət Partiyası heç bir seçki blokunda təmsil olunmayacaq
# 06 aprel 2010 12:45 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Açıq Cəmiyyət Partiyası parlament seçkiləri ərəfəsində heç bir seçki blokunda təmsil olunmayacaq, o cümlədən “Azadlıq” blokunda da”. Bunu APA-ya açıqlamasında Açıq Cəmiyyət Partiyasının (ACP) sədri Vaqif Mahmudov deyib. Onun sözlərinə görə, ACP istənilən siyasi partiya ilə əməkdaşlığa hazırdır və bu, mümkündür: “Amma “Azadlıq” blokunun ACP ilə əməkdaşlığı barədə heç bir müzakirə aparılmayıb. Bizə belə bir təklif də daxil olmayıb. Onlar nəyi nəzərdə tutub belə məlumatlar yayırlar, bilmirəm. Hansı görüşdən, müzakirədən söhbət gedir? Biz hər hansı seçki blokuna daxil olmaq fikrində deyilik”. V. Mahmudov ACP-nin seçkilərdə partiya olaraq iştirak edəcəyini vurğulayıb.

Qeyd edək ki, “Azadlıq” blokuna daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli parlament seçkilərində ACP ilə əməkdaşlıq etmək niyyətində olduqlarını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR