Bank Of Baku

İsa Qəmbər Hacıbala Abutalıbova kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılması xahişi ilə növbəti dəfə müraciət edib

İsa Qəmbər Hacıbala Abutalıbova kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılması xahişi ilə növbəti dəfə müraciət edib
# 06 aprel 2010 15:27 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının başqanı İsa Qəmbər kütləvi aksiyaların keçirilməsi üçün müvafiq yerlərin ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbova yenidən müraciət edib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, İ. Qəmbər öz müraciətində bundan əvvəl H. Abutalıbova müraciət etdiyini, lakin bu müraciətə Konstitusiyaya və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna zidd cavab verildiyini xatırladıb. Partiya başqanı aksiyalar üçün əvvəllər yürüş və mitinqlərin keçirildiyi “Nərimanov” kinoteatrı qarşısındakı meydan, Füzuli meydanı, Səməd Vurğun bağı, Hüseyn Cavid bağı, keçmiş “Qələbə” kinoteatrı qarşısındakı meydan, “Təbriz” kinoteatrı qarşısındakı meydan və s. yerlərdə belə tədbirlərin keçirilməsi üçün şərait yaradılması, eləcə də Prezident Aparatının, Milli Məclisin, Nazirlər Kabineti, Ali Məhkəmə, Mərkəzi Seçki Komissiyası və digər dövlət əhəmiyyətli idarələrdən 200 metrlik məsafədə hər hansı uyğun ərazilərin piket və mitinqlərin keçirilməsi üçün müəyyən edilməsini istəyib. İ. Qəmbər bildirib ki, vətəndaşların sərbəst toplaşmaq hüququ yalnız seçki kampaniyası dövründə deyil, bütün dövrlərdə təmin edilməli, kütləvi aksiyaların keçirilməsinə razılıq isə icra hakimiyyəti məmurlarının mülahizələrinə yox, müvafiq qanunlarına uyğun olaraq tənzimlənməlidir.

Partiya başqanı Müsavatın ölkədə sərbəst toplaşmaq hüququnun bərpa edilməsi istiqamətində addımlarını bundan sonra da davam etdirəcəyini və məktubda irəli sürülən tələblərə Konstitusiyanın 49-cu maddəsinə və “Sərbəst toplaşması azadlığı haqqında” qanununa uyğun olaraq cavab verməyi təkidlə xahiş edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR