Bank Of Baku

Azərbaycan prezidenti tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan prezidenti tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb
# 06 aprel 2010 17:02 (UTC +04:00)
Bakı - APA. Azərbaycan prezidenti İlham Əliyev tikinti kompleksində səhmləri dövlət mülkiyyətində olan səhmdar cəmiyyətlərin özəlləşdirilməsi haqqında sərəncam imzalayıb. APA-nın məlumatına görə, “Azərtikinti” və “Azərsənayetikinti” Açıq Səhmdar cəmiyyətlərinin (ASC) tərkibinə daxil olan müəssisə və obyektlər özəlləşdirməyə açıq elan edilib.

“Azərenerjitikintiquraşdırma” və “Azərnəqliyyatyoltikinti” ASC-lərin səhmlərinin dövlət mülkiyyətində olan nəzarət səhm zərfləri (51%) və “Azərkəndtikinti” ASC-in səhmlərinin dövlət mülkiyyətində olan məhdudlaşdırıcı hissəsi (25.5 %) də özəlləşdirməyə açıq elan olunub.

Əmək Məsələləri Dövlət Komitəsinə bu sərəncamla özəlləşdirməyə açıq elan edilən müəssisə obyektlərin, habelə səhmdar cəmiyyətlərinin dövlət mülkiyyətində olan səhmlərinin qanunvericiliyə uyğun olaraq özəlləşdirilməsini təşkil etmək tapşırılıb.

Sərəncamdan irəli gələn məsələləri isə Nazirlər Kabineti həll edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR