Bank Of Baku

Rəsul Quliyev YAP və hökumət nümayəndələrinin iştirakı ilə partiyaların milli konfransının keçirilməsi təşəbbüsü ilə çıxış edib

Rəsul Quliyev YAP və hökumət nümayəndələrinin iştirakı ilə partiyaların milli konfransının keçirilməsi təşəbbüsü ilə çıxış edib
# 07 aprel 2010 10:55 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Azərbaycanın eks-spikeri, Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyev Azərbaycanda siyasi partiyaların seçkiöncəsi ümumi milli konfransının keçirilməsi təşəbbüsü ilə çıxış edib. APA-ya açıqlamasında eks-spiker bildirib ki, siyasi qüvvələr buna ən azı cəhd etməlidir. Onun fikrincə, bu konfransda Yeni Azərbaycan Partiyası və hökumətin səlahiyyətli nümayəndələri də iştirak etməlidir: “YAP bu konfransı təşkil etməkdə təşəbbüskar kimi çıxış etsə, daha faydalı olar. Bu konfransda siyasi qüvvələrin ümumi milli razılığa gəlməsi Azərbaycanın gələcəyində müstəsna rolu oynaya bilər. Belə bir konfransın keçirilməsi vətəndaş cəmiyyəti yaratmaq istiqamətində atılan ilk addım ola bilər. Bu fürsətdən istifadə etmək lazımdır”.

Azərbaycan Xalq Cəbhəsi Partiyası ilə ACP arasında danışıqların aparılacağı barədə məlumatlara münasibət bildirən R. Quliyev deyib ki, ACP istənilən siyasi qüvvə ilə danışıq apara bilər. Bununla belə, o, AXCP ilə hər hansı danışıqların aparmasından xəbərsiz olduğunu qeyd edib: “Seçkilərdə hansı qüvvələrin birlikdə və ya ayrı-ayrı iştirak edəcəyinin böyük əhəmiyyəti olacağını görmürəm. Azərbaycanda seçkilər majoritar qaydada keçirilir. Bu, proporsional sistemlə müqayisədə daha proqressiv variantdır. Ona görə də bütün ölkələr proporsional sistemdən majoritar seçki sisteminə keçir. Bu sistem imkan verir ki, ölkədə həqiqətən hörməti olan adamlar heç bir siyasi mənsubiyyətindən asılı olmayaraq parlamentə seçilə bilsin”.

Parlament seçkilərində iştirak edib-etməyəcəyinə gəldikdə, R. Quliyev bu barədə hələlik heç bir qərarının olmadığını deyib: “Parlament seçkilərində iştirak barədə düşünməmişəm. Fikirləşmirəm ki, bu mənim üçün indiki zamanda elə də böyük əhəmiyyət kəsb edir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR