Bank Of Baku

Amerikalı diplomat ADP-də olub

Amerikalı diplomat ADP-də olub
# 07 aprel 2010 14:42 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. ABŞ-ın Azərbaycandakı səfirliyinin siyasi məsələlər üzrə əməkdaşı Joana Qanson Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini Həsrət Rüstəmovla görüşüb. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, görüşdə ölkədəki parlament seçkiləri öncəsi ictimai-siyasi vəziyyət, ADP-nin seçkilərlə bağlı mövqeyi, Seçki Məcəlləsi və seçki komissiyalarının yenidən formalaşdırılması ilə əlaqədar partiyanın təklifləri və digər məsələlər müzakirə edilib. Müzakirə zamanı ABŞ səfirliyinin parlament seçkiləri ilə əlaqədar həyata keçirməyi planlaşdırdığı layihələr və seçkilərlə bağlı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb.

Görüşdə ADP sədrinin seçki məsələləri üzrə müavini Taliyət Əliyev də iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR