Bank Of Baku

Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası arasında parlament seçkiləri ilə bağlı növbəti görüş keçirilib

Demokratiya Uğrunda İttifaqla Müsavat Partiyası arasında parlament seçkiləri ilə bağlı növbəti görüş keçirilib
# 08 aprel 2010 09:22 (UTC +04:00)
Bakı. Elnur Məmmədli-APA. Bu il Azərbaycanda keçiriləcək parlament seçkiləri ilə bağlı Demokratiya Uğrunda İttifaqla (DUİ) Müsavat Partiyası arasında növbəti görüş keçirilib. DUİ-yə daxil olan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında bildirib ki, görüşdə Azərbaycandakı ictimai-siyasi vəziyyət, parlament seçkiləri ilə bağlı atılacaq addımlar müzakirə edilib. Müzakirələr nəticəsində DUİ ilə Müsavatın birgə kütləvi aksiyaların keçirilməsi haqda razılaşma əldə edilib: “İki gün öncə bu təkliflə DUİ çıxış etmişdi. Müsavat Partiyası da bunu dəstəklədi və birgə mitinqlərin keçirilməsi fikrinin doğru olması qənaətinə gəlindi. Həmçinin parlament seçkilərində iştirakla bağlı geniş məsləhətləşmələr aparıldı. Detallı müzakirələr aparıldı, amma indiki haqda bunu geniş açıqlamaq fikrində deyilik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR