Bank Of Baku

YAP sədrinin müavini: “Qırğızıstanda baş verənlər göstərir ki, xalqın iradəsinə söykənməyən hakimiyyət uzun müddət ömür sürə bilməz”

YAP sədrinin müavini: “Qırğızıstanda baş verənlər göstərir ki, xalqın iradəsinə söykənməyən hakimiyyət uzun müddət ömür sürə bilməz”
# 08 aprel 2010 10:28 (UTC +04:00)
Amma bütün bunlar onu göstərir ki, xalqın iradəsinə söykənməyən, xalqın iradəsi əsasında formalaşmayan hakimiyyət uzun müddət ömür sürə bilməz”. APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında hakim Yeni Azərbaycan Partiyasının (YAP) sədr müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, xalqın iradəsindən kənar, ölkənin xaricindəki qüvvələrin diktəsi və verdikləri təkliflərlə yaranan hakimiyyətlərin ömrü az olur: “Azərbaycanda sabitlik ona görə mövcuddur ki, hakimiyyət xalqın iradəsi ilə formalaşır, kənardan verilən reseptlər əsasında yox. Biz bunu qiymətləndiririk və hesab edirəm ki, Azərbaycan xalqı da bunu yüksək qiymətləndirir”.

Bu il Azərbaycanda keçiriləcək parlament seçkilərinə xarici təsirlərin olacağı barədə ehtimallara gəldikdə, Ə. Əhmədov bildirib ki, belə cəhdlər etmək barədə fikirlər varsa, YAP bunu qəti şəkildə pisləyir: “Bunu Azərbaycan xalqı da pisləyir. Xalq belə cəhdlərə dəfələrlə mənfi münasibətini bildirib, belə cəhdlər 2010-cu ilin parlament seçkilərində də olacaqsa, Azərbaycan xalqı yenə də sabitlik naminə buna “yox” deyəcək. Heç bir ölkədə insanlar xarici qüvvələrin köməyi ilə xoşbəxtlik görməyiblər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR