Bank Of Baku

Keçmiş millət vəkili Yusif Bağırzadə AMİP-ə üzv qəbul olunub

Keçmiş millət vəkili Yusif Bağırzadə AMİP-ə üzv qəbul olunub
# 08 aprel 2010 16:57 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Siyasi Şurasının iclası keçirilib. Partiyanın mətbuat və təbliğat katibi Əli Orucovun APA-ya verdiyi məlumata görə, iclasda partiyanın qurultayına hazırlıq məsələləri müzakirə edilib və rayon təşkilatlarının konfranslarının keçirilməsi ilə bağlı qrafik müəyyən olunub. Azərbaycandakı ictimai-siyasi vəziyyəti müzakirə edən AMİP Siyasi Şurası bununla bağlı bəyanat qəbul edib.

Keçmiş millət vəkili, Azərbaycan Demokrat Partiyasının keçmiş üzvü Yusif Bağırzadə öz müraciəti əsasında AMİP üzvlüyünə qəbul olunub. Y. Bağırzadənin AMİP-ə sədr gətirilməsi ilə bağlı yayılan məlumatlara gəldikdə, Ə. Orucov bunun həqiqətə uyğun olmadığını söyləyib: “Amma partiya demokratik prinsiplərlə idarə edilir, hər bir üzvün seçmək və seçilmək hüququ var. Kimlər bu iddiada olacaqlarsa, qurultay nümayəndələri buna münasibət bildirəcək. Partiyaya kimsə sədr gətirilmir, qurultay nümayəndələri namizədlərin içərisindən sədr seçir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR