Bank Of Baku

Bir neçə keçmiş millət vəkili və dövlət qulluğunda çalışmış şəxs AMİP-ə üzv olacaq

Bir neçə keçmiş millət vəkili və dövlət qulluğunda çalışmış şəxs AMİP-ə üzv olacaq
# 09 aprel 2010 10:58 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. “Yaxın vaxtlarda bir neçə keçmiş millət vəkili və dövlət qulluğunda çalışmış bir neçə tanınmış sima Milli İstiqlal Partiyasına üzv olacaq”. Bunu APA-ya açıqlamasında AMİP-in mətbuat və təbliğat katibi Əli Orucov deyib. Onun sözlərinə görə, hazırda bir sıra şəxslər partiyaya üzv olmaq üçün şifahi şəkildə onlara müraciət edib və bu barədə ilkin müzakirə aparılıb: “Hələlik onların adlarını açıqlamaq istəmirik, çünki rəsmi müraciət edilməyib. Amma çox güman ki, partiyanın növbəti qurultayına kimi bu müraciətlər ediləcək və məsələ müsbət həll olunacaq”.

Ə. Orucov AMİP-ə kənardan sədr gətiriləcəyi ilə bağlı səslənən fikirlərin yanlış olduğunu da söyləyib.

Xatırladaq ki, aprelin 8-də keçmiş millət vəkili Yusif Bağırzadə AMİP üzvlüyünə qəbul edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR