Bank Of Baku

Müasir Müsavat Partiyası ATƏT və Avropa Şurasının Bakı ofislərinin binaları qarşısında kütləvi aksiyalar keçirməyə qərarı verib

Müasir Müsavat Partiyası ATƏT və Avropa Şurasının Bakı ofislərinin binaları qarşısında kütləvi aksiyalar keçirməyə qərarı verib
# 09 aprel 2010 13:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müasir Müsavat Partiyası İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan məlumata görə, toplantıda parlament seçkiləri, ATƏT-in və Avropa Şurasının Bakı ofislərinin, eləcə də Azərbaycandakı xarici ölkə səfirliklərinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Toplantıda beynəlxalq təşkilatların və səfirliklərin fəaliyyəti ilə əlaqədar bəyanat qəbul edilib.

Bəyanatda bildirilir ki, ATƏT və Avropa Şurasının Bakı ofisləri siyasi qüvvələr arasında ayrı-seçkilik edir: “Parlament seçkiləri ilində yenə də siyasi partiyalar arasında ayrı-seçkilik aparmaqla öz antidemokratik əməllərini nümayiş etdirirlər. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, həmin təşkilatlar Müasir Müsavat Partiyasına qarşı qərəzli mövqe göstərir və müzakirələri özlərinin maraqlarına xidmət edən bir neçə siyasi partiyalarla aparırlar”.

MMP ATƏT və Avropa Şurasının Bakı ofislərinin binaları qarşısında kütləvi aksiyalar keçirmək qərarı verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR