Bank Of Baku

Mübariz Əhmədoğlu: “Azərbaycan müxalifəti Qırğızıstanda baş verən nəyi təqdir edir?”

Mübariz Əhmədoğlu: “Azərbaycan müxalifəti Qırğızıstanda baş verən nəyi təqdir edir?”
# 09 aprel 2010 17:10 (UTC +04:00)
Politoloq bildirib ki, Qırğızıstan müxalifətinin son illərdəki fəaliyyəti dolayısı ilə Rusiyanın maraqlarına xidmət edib: “Qırğızıstan hökuməti “Manas” aeroportunda ABŞ hərbi bazasının fəaliyyətini məhdudlaşdırmaq əvəzinə, genişləndirməyə başladı. Hətta ABŞ-ın ikinci hərbi baza yaratması haqqında da söhbətlər gedirdi. Qırğızıstan isə Rusiyadan 2 milyard ABŞ dollar almışdı ki, ABŞ hərbi bazasını ləğv etsin. ABŞ bunun əksinə olaraq daha artıq pul verərək əlaqələri genişləndirmək istəyirdi. Qırğızıstan hökuməti müxalifətin rusiyapərəstliyini, əhalinin sosial vəziyyətinin ağırlığını nəzərə almadan sərt tədbirlər həyata keçirirdi. Nəticədə, Rusiya bir gün ərzində Qırğızıstan hökumətini devirdi”.

M. Əhmədoğlu deyib ki, Qırğızıstanda gedən proseslər bir sıra postsovet ölkələrinin müxalifətində də aktivlik yaradıb: “Lakin Qırğızıstan hadisələrində örnək olası məqam yoxdur. Əslində, Qırğızıstanda faciə yaşandı. Ölkənin imici dünya birliyi qarşısında korlandı. Bu, oğurluq, talançılıq halları ilə bağlıdır. Bundan sonra heç bir iş adamı bu ölkəyə öz vəsaitlərini etibar etməz. Bununla yanaşı, bir daha sübut olundu ki, Qırğızıstan böyük dövlətlərin əlində oyuncağa çevrilib. Bu, çox qorxulu məqamdır”.

Politoloq Azərbaycan müxalifətinin Qırğızıstanda baş verən hadisələri təqdirlə təqdim etməsinə də münasibət bildirib: “Bizim müxalifət orada baş verənlərdən nəyi nümunə götürmək istəyir, nəyi təqdir edir? Rusiyanın etdiyi çevriliş planınımı? Orda örnək götürüləcək, sevinclə qarşılanacaq heç nə yoxdur. Qırğızıstanda baş verənlər dövlət və dövlətçiliyin zəifliyi, dövlət idarəçiliyində vahid komandanın olmaması, eyni zamanda ölkədəki sosial-iqtisadi gərginliklə bağlı olub. Bu hadisələr Qırğızıstandakı sosial, iqtisadi və siyasi vəziyyətin məntiqi nəticəsidir. Azərbaycan müxalifətinin Qırğızıstan hadisələrini xüsusiləşdirmək, onu hansısa formada qabartmaq cəhdi yalnız təbliğat və təşviqat xarakteri daşıyır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR