Bank Of Baku

Müsavat Partiyası icazəsiz aksiyalara başlayacaq

Müsavat Partiyası icazəsiz aksiyalara başlayacaq
# 10 aprel 2010 09:20 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) aksiyalara razılıq verməsə, Müsavat Partiyası icazəsiz aksiyalara başlayacaq. Bu barədə APA-ya açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı məlumat verib. Onun sözlərinə görə, hazırda bu məsələ partiyada müzakirə edilir və şəhər rəhbərliyinin cavabından asılı olmayaraq, aprelin 14-nə təyin olunmuş piketin keçirilməsi nəzərdə tutulur: “ATƏT-in Bakı ofisi sərbəst toplaşmaq azadlığı ilə bağlı müzakirələr keçirdi və biz düşünürük ki, hakimiyyət bu məsələləri nəzərə alaraq aksiyaların keçirilməsinə şərait yaradacaq. İstənilən halda isə sərbəst toplaşmaq hər bir vətəndaşın hüququdur”.

Qeyd edək ki, Müsavat Partiyası sərbəst toplaşmaq azadlığının bərpa olunması tələbi ilə aprelin 14-də BŞİH-nin binası qarşısında aksiya keçirməyə qərar verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR