Bank Of Baku

DUİ növbəti Qarabağ forumu keçirəcək

DUİ növbəti Qarabağ forumu keçirəcək
# 12 aprel 2010 12:08 (UTC +04:00)
Bakı – APA. Demokratiya Uğrunda İttifaqın (DUİ) Sədrlər Şurasının növbəti toplantısı keçirilib. DUİ-dən APA-ya verilən məlumata görə, toplantıda qərarların icrası, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub.
DUİ SŞ Musavat Partiyası ilə aparılan məsləhətləşmələrin gedişini müzakirə edərək bu prosesi təqdir edib. Cəmiyyətin sosial sifarişi olaraq müxalifətin birlikdə kütləvi aksiya keçirməsi istiqamətində fəaliyyətlərin əlaqələndirilməsinin zəif olmasından narahatlıq bildirilib. Növbəti Qarabağ forumunun aprelin 21-də saat 12.00-da KXCP-nin mənzil-qərargahında keçirilməsi qərara alınıb.
DUİ-yə daxil olan partiyaların sədrləri Polşa prezidentinin və onun başçılıq etdiyi nümayəndə heyətinin üzvlərinin təyyarə qəzasında ölməsi ilə bağlı bu ölkənin Azərbaycandakı səfirliyində təşkil olunmuş anma tədbirinə də qatılıblar.
Toplantıda DUİ-yə daxil olan 5 partiyanın – Klassik Xalq Cəbhəsi , Azadlıq, Böyük Azərbaycan, Xalq və Milli Qurtuluş partiyalarının rəhbərləri iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR