Bank Of Baku

“Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans keçiriləcək

“Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans keçiriləcək
# 12 aprel 2010 14:06 (UTC +04:00)
Bakı – APA. Aprelin 16-da Bakıda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası və “Avrasiya - Yeni Üfüqlər” qeyri-hökumət təşkilatının təşəbbüsü ilə (Fransa) “Azərbaycanda 2010-cu il parlament seçkiləri: daha demokratik, daha şəffaf” mövzusunda beynəlxalq konfrans keçiriləcək.

Bu barədə APA-ya AVCİYA-nın Seçki Qərargahından məlumat verilib.

Tədbirdə Avropa Parlamenti, Avropa Şurası və ATƏT-in Parlament Assambleyası üzvlərinin, ATƏT-in Demokratik Təsisatlar və İnsan haqları Bürosunun (DTİHB) seçkilər üzrə ekspertlərinin, Azərbaycan Prezident Administrasiyasının məsul şəxslərinin, Milli Məclis üzvlərinin, habelə iqtidar və müxalifət partiyaları rəhbərlərinin, QHT və KİV təmsilçilərinin də qatıldığı konfransda ümumilikdə ABŞ və Avropa ölkələrindən 90 nəfərə yaxın rəsmi qonaq iştirak edəcək. Onların arasında Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu da var.

Beynəlxalq konfransda 7 noyabr 2010-cu il tarixdə keçiriləcək parlament seçkiləri ilə əlaqədar seçki qanunvericiliyinin təkmilləşdirilmə perspektivləri, qərb ölkələrinin təcrübəsi və s. məsələlər müzakirə olunacaq. Seçkilərin daha demokratik keçirilməsi ilə əlaqədar Venesiya Komissiyasının tövsiyələri də müzakirə predmeti olacaq.

Konfransın materiallarının ayrıca kitab şəkilində nəşri də nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR