Bank Of Baku

BAXCP 70 namizədini müəyyənləşdirib

BAXCP 70 namizədini müəyyənləşdirib
# 13 aprel 2010 09:35 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti toplantısı keçirilib. Partiyanın mətbuat xidmətindən APA-ya daxil olan xəbərə görə, toplantıda partiyanın seçkilərə hazırlığı ilə bağlı məsələlər müzakirə olunub. BAXCP-nin baş katibi, seçki qərargahının rəhbəri Söhrab Abdullayev partiyanın namizədlər siyahısı haqqında məlumat verib, 70 seçki dairəsi üzrə namizədlərin müəyyənləşdiyini bildirib. O, namizədliyini irəli sürmək istəyən digər şəxslərin də olduğunu və bu müraciətlərə baxıldığını deyib. BAXCP-nin namizədlər siyahısı partiya Ali Məclisinin sessiyasında təsdiq ediləcək.

İclasda Qırğızıstanda baş verən hadisələr də müzakirə olunub. BAXCP Azərbaycan hökumətini bu ölkəyə humanitar yardım göstərməyə çağırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR