Bank Of Baku

Müsavatın Bakı şəhər İcra Hakimiyyəti qarşısında piket keçirməklə bağlı müraciətinə mənfi cavab verilib

Müsavatın Bakı şəhər İcra Hakimiyyəti qarşısında piket keçirməklə bağlı müraciətinə mənfi cavab verilib
# 13 aprel 2010 11:05 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat Partiyasının piket keçirməklə bağlı müraciətinə mənfi cavab verib. Partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı APA-ya bildirib ki, BŞİH bu gün partiyaya göndərdiyi cavabda bildirib ki, partiya yalnız 2008-ci ildə şəhər rəhbərliyi tərəfindən ayrılmış yerlərin birində kütləvi aksiya keçirə bilər, BŞİH-nin binası qarşısında aksiyanın keçirilməsinə icazə verilmir: “Amma bizim aksiyamızın tələbi sərbəst toplaşmaq azadlığının bərpa edilməsidir və bunu şəhər rəhbərliyindən tələb edirik. Biz Babiheybətdə aksiya keçirib Bakı şəhər İcra Hakimiyyətinə qarşı tələb irəli sürə bilmərik. Ona görə də şəhər rəhbərliyinin cavabı qanuna ziddir”.

A. Hacılı aksiyaya icazə verilməməsinə baxmayaraq, sabah sat 12.00-da BŞİH-nin binası qarşısında aksiyanın keçiriləcəyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR