Bank Of Baku

Azərbaycan Prezidenti Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında Qanunun tətbiq edilməsi barədə Sərəncam imzalayıb

Azərbaycan Prezidenti Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında Qanunun tətbiq edilməsi barədə Sərəncam imzalayıb
# 13 aprel 2010 22:11 (UTC +04:00)
Sərəncama əsasən, “Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində qüvvədə olan qanunvericilik aktlarının “Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək tapşırılıb.

Bundan əlavə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etmək və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, öz səlahiyyətləri daxilində “Azərbaycan Respublikasının Dəvəçi rayonunun Şabran rayonu adlandırılması haqqında” Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR