Bank Of Baku

Seçkinin tarixi elan olunduqdan sonra Müsavat Partiyası öz namizədlərinin adlarını açıqlayacaq

Seçkinin tarixi elan olunduqdan sonra Müsavat Partiyası öz namizədlərinin adlarını açıqlayacaq
# 14 aprel 2010 08:31 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Müsavat Partiyasının millət vəkilliyinə namizədlərinin yekun siyahısı seçkinin tarixi elan olunduqdan sonra açıqlanacaq. Bu barədə APA-ya partiyanın Mərkəzi İcra Aparatının rəhbəri, başqan müavini Arif Hacılı məlumat verib. O bildirib ki, parlament seçkisinin tarixi elan edilənə qədər mövcud siyahılar yalnız ilkin siyahılar hesab oluna bilər.

A. Hacılı artıq 100-dən çox seçki dairəsində namizədlərini müəyyənləşdirdiklərini söyləyib: “Siyahılarda çoxlu adamların adı var. Elə seçki dairələri var ki, oradan 4-5 nəfər öz namizədliyini irəli sürmək istəyir. Biz bunu müzakirə edirik və müəyyən namizədlərin başqa dairələrə göndərilməsi ilə problemi həll etməyə çalışacağıq”.

A. Hacılı bəyan edib ki, Müsavatın hazırladığı namizədlər siyahısına digər partiyaların şanslı namizədlərinin, eləcə də nüfuzlu bitərəflərin, ziyalıların adları da əlavə edilib: “Onların bəziləri ilə bunu razılaşdırmışıq. Partiyanın niyyəti var ki, hansısa dairədə digər namizədi müdafiə etsin, amma hələ bu niyyətimiz onlara bildirilməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR