Bank Of Baku

AŞ PA prezidenti Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb

AŞ PA prezidenti Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb
# 14 aprel 2010 09:16 (UTC +04:00)
Bakı. Elbrus Seyfullayev – APA. Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) prezidenti Mövlud Çavuşoğlu Milli Məclisdə təmsil olunan siyasi partiyaların nümayəndələri ilə görüşüb. APA-nın xəbərinə görə, görüşdə Milli Məclisdə təmsil edilən bütün siyasi partiyalardan olan deputatlar iştirak edib.

M. Çavuşoğlu AŞ PA-nın Azərbaycanla əlaqələrə böyük önəm verdiyini, əməkdaşlığın daha da gücləndirilməsi üçün zəruri tədbirlərin həyata keçirilməsinə hazır olduqlarını deyib. Partiyaların təmsilçiləri olan millət vəkilləri isə Azərbaycanın AŞ PA qarşısında götürdüyü öhdəliklərin və qurumun Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi qətnamələrin yerinə yetirilməsinin vacibliyindən danışıblar.

M. Çavuşoğlu Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinin üzvləri ilə də görüşüb.

Qonaq Milli Məclisin spikeri Oqtay Əsədovla da görüşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR