Bank Of Baku

Müsavat Partiyasının bir qrup üzvü Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşında piket keçirməyə cəhd göstərib - FOTO

Müsavat Partiyasının bir qrup üzvü Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşında piket keçirməyə cəhd göstərib - <font color=red>FOTO</font>
# 14 aprel 2010 09:17 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. Müsavat Partiyasının bir qrup üzvü sərbəst toplaşmaq azadlığının bərpa olunması tələbi ilə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşında piket keçirməyə cəhd edib. APA-nın xəbərinə görə, aksiya iştirakçıları “İçərişəhər” metrostansiyasının qarşısından “Müsavat” şüarı səsləndirərək, İcra Hakimiyyətinə doğru irəliləməyə çalışıblar. Amma Bakı şəhər İcra Hakimiyyəti aksiyanın keçirilməsinə razılıq vermədiyi üçün polislə aksiyaçıların qarşısını alıb.

Aksiya iştirakçılarından 29-u saxlanılıb. Saxlanılanların arasında Müsavat başqanının müavini Tofiq Yaqublu da var.

Qeyd edək ki, Müsavat Partiyasının mitinq keçirmək üçün yerlər ayrılması ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətinə etdiyi müraciətlərə mənfi cavablar verildiyindən partiya bu gün etiraz aksiyası keçirmək barədə qərar qəbul edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR