Bank Of Baku

“Azadlıq” bloku müzakirələri yarımçıq dayandıra bilər

“Azadlıq” bloku müzakirələri yarımçıq dayandıra bilər
# 14 aprel 2010 12:54 (UTC +04:00)
Bakı. Elnur Məmmədli - APA. “Azadlıq” bloku müxalifətin sərhədlərinin müəyyənləşməsi, blokun əməkdaşlıq edəcəyi partiyaların çərçivəsinin müəyyən olunması ilə bağlı başladığı müzakirələri yarımçıq saxlaya bilər. Blokun üzvü olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev APA-ya açıqlamasında deyib ki, bu məsələ ilə bağlı başlayan müzakirələrdə hər hansı uğur əldə edilməyib: “Bu istiqamətdə iş çox ağır gedir. Problem subyektiv yanaşmalarda və irəli sürülən mülahizələrdədir. Hər tərəf özünün haqlı saydığı variantın üzərində durmağa meyllidir və çalışır ki, seçkilərlə bağlı işləri öz ssenarisinə uyğun formalaşdırsın. Ola bilər ki, müzakirələrin birinci mərhələsində qərar olmasın. Amma seçki yaxınlaşır və qərar vermək vaxtı daralır. Ona görə də müzakirələrin yarımçıq dayandırılması ehtimalı var. Bununla belə, bütün variantlar mümkündür. Amma müzakirələrin dayanması ehtimalı kifayət qədər realdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR