Bank Of Baku

ADP rəhbərliyi Polşa səfirliyində olub

ADP rəhbərliyi Polşa səfirliyində olub
# 14 aprel 2010 14:01 (UTC +04:00)
Bakı. Elnur Məmmədli – APA. Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Norveçdən qayıdıb. Partiyanın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycana dönən S. Cəlaloğlu partiya funksionerləri ilə birlikdə Polşanın Azərbaycandakı səfirliyində olub. O, partiya üzvləri adından Polşa prezidenti Lex Kaçinskinin, xanımı Mariyanın və bir sıra dövlət adamlarının təyyarə qəzasında faciəli şəkildə həlak olması ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfiri Kşiştov Krayevskiyə başsağlığı verib.

Xatırladaq ki, S. Cəlaloğlu Norveçdə yaşayan oğlu ilə görüşmək üçün bu ölkəyə getmişdi.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR